Avtomatik tanometrlə arterial təzyiqin (AT) ölçülməsi
1. 1-1.5 saat ərzində qida qəbulunu və siqaret çəkməyi dayandırmaq lazımdır.
2. AT oturaq vəziyyətdə ölçülür. Arxaya söykənin və rahatlayın, prosedur zamanı sakit oturun. Ölçmə 2-3 dəqiqəlik istirahətdən sonra aparılır.
3. Əgər AT 1-ci dəfə təyin edilirsə, əvvəlcə ölçmə üçün ən yaxşı olan qolu müəyyən edin. . AT hər hər əzada 2 dəfə, bir neçə dəqiqəlik fasilə ilə ölçülür. Hər göstərici qeyd olunur. Daha yüksək göstəricisi olan əl daha sonra AT-nin ölçülməsi üçün istifadə olunacaq.
4. Tanometrin manjeti düzgün yerləşdirilməlidir, ələ tam oturmalı və ürək səviyyəsində olmalıdır.
5. Əl rahat və hərəkətsiz olmalıdır.
6. AT –nin ölçülməsi zamanı danışmaq olmaz.
7. AT-ni 2-3 dəqiqəlik fasilə ilə 2 dəfə ölçmək tövsiyyə olunur. Aşağı göstərici ölçmənin nəticəsi hesab olunur.