Boyun ölçülməsi qaydası
1. Axşam boy bədənin şaquli vəziyyətdə olmasından və onurğanın yüklənməsindən 2-3 sm kiçilə bildiyi üçün, boyun ölçülməsini səhər aparmaq lazımdır.
2. Ayaqqabıları çıxarın və kürəyi divara və ya qapıya dayanın.
3. Başı düz tutun və önə baxın. Qolları bədəndən aşağı salın, çiyinləri bərabər tutun, kürəyi düzəldin, topuqları birləşdirin.
4. Divara söykənin. Topuqlar, qurşağın arxa nahiyəsi , kürək və başın arxa hissəsi divara toxunmalıdır.
5. Düzgün vəziyyətdə dayandıqdan sonra, boya 1-2 sm əlavə edə bildiyi üçün saçı toplayarkən başın üzərində hamar düz əşya (lövhə və ya kitab)qoyun.
6. Lövhənin aşağı kənarında divara karandaşla işarə qoyun.
7. Döşəmədən işarəyə qədər olan məsafəni metrə ilə ölçün.