Qoltuqaltı nahiyədən bədən temperaturunun ölçülməsi

1.  Hazırlıq. Temperaturu küçədən gəldikdən, qida qəbulundan və isti nələrsə içdikdən dərhal, isterika və ya əsəb partlayışından sonra ölçmək məsləhət görülmür - onun göstəriciləri yüksək olacaq. Prosedur zamanı yemək,içmək və danışmaq olmaz. Pasienti oturtmaq və ya uzandırmaq lazımdır, poza rahat, şəxs isə sakit olmalıdır.

2. Termometri futlyardan çıxarın. Termometrin sağlam olduğundan əmin olun.

3. Termometri soyuq, sabunlu su ilə yuyun və quruluyun. Elektron termometri dezinfeksiyaedici maddələrlə (70%li tibbi spirt və b. ) islanmış əsgi ilə silin. Dezinfeksiyaedici maddə ilə sildikdən sonra nəm əsgi ilə qalıqlarını termometrin üzərindən silmək və qurulamaq lazımdır.

4. Şkalada göstəricinin 35 dərəcədən yuxarı qalxmadığına əmin olun. Əks halda civə sütunu 35 dərəcədən aşağı düşənə qədər silkələyin.

5. Tərdən şkalanın nəmlənməsinin qarşısını almaq üçün qoltuqaltını təmiz tənzif əsgi ilə silin.

6. Termometri elə yerləşdirmək lazımdır ki, civə çəni və ya elektron termometrin sayğacının ucu pasientin qoltuqaltının düz mərkəzində, hər tərəfdən dəri ilə təmas olunmuş dayansın, termometr ilə bədən arasında alt paltarı olmamalıdır.

7. Cihazın hava ilə təmas etməməsi üçün pasientdən dirsəyi bədənə möhkəm sıxmasını istəyin.

8. Bir civəli termometr ilə optimal ölçmə müddəti 6-10 dəqiqədir . Elektron cihaz ölçmə bitəndən sonra siqnal verir, lakin göstəricinin daha dəqiq olması üçün onu 2-3 dəqiqə sonra götürmək lazımdır. Termometri çıxarın və göstəricini oxuyun. Civəli termometri hamar bir şəkildə çıxarmaq lazımdır ki, sürtünmədən bir neçə dərəcə əlavə oluna bilər.

9. Termometri dezinfeksiya edin, 2-ci nöqtəyə baxın və futlyara qoyun.

10. Əlləri yuyun.