Distant həkim ziyarəti – bu, telekommunikasiya texnologiyası ilə, bizim situasiyada WhatsApp - şəkil, video, audio və elektron sənədlər göndərmək imkanı olan, səsli və videoəlaqə dəstəyilə mətn şəklində mesaj mübadiləsi sistemini istifadə etməklə həkimlə pasientin ünsiyyətdir. Hazırki qaydalar belə bir ziyarəti daha effektiv etməyə imkan verir.
1. Qəbul bazar günlərindən başqa bütün günlər saat 12.00-dan 14.00-a qədər, tel/WhatsApp +994 70 820 77 15 vasitəsilə əvvəlcədən yazılmaqla aparılır. Qeydiyyat zamanı göstərmək lazımdır:
İlk dəfə yazılan pasient: Pasientin adı və familiyası, doğum tarixi, şəhər və ya mobil nömrəsi, WhatsApp nömrəsi.
Təkrar pasient: Kartı nömrəsi və ya pasientin adı və familiyası, doğum tarixi, şəhər və ya mobil nömrəsi, WhatsApp nömrəsi.
2. Təkrar pasient: Əgər əvvəl həkimə göstərilməmiş tibbi sənəd varsa onların foto şəkillərini WhatsApp vasitəsilə +994 50 216 86 72 nömrəsinə göndərin.
3. İlk dəfə yazılan pasient: MRT və KT-dən başqa (onlar üçün yalnız nəticə lazımdır) əldə olan bütün tibbi sənədlərin və ziyarət zamanı qəbul edilən dərmanların qutusunun şəklini çəkin və ad və familiyanı göstərməklə , qəbul günü səhər 10.00-da WhatsApp +994 50 216 86 72 nömrəsinə göndərin.
4. Sənədlərin şəkillərini orta ölçüdə, yaxşı olar ki, təbii işıqda və parıltısız edin. USM şəkillərini böyüdülmüş ölçüdə etmək lazımdır.
5. Əgər təzyiq ölçən aparat və termometr varsa, səhər arterial təzyiqi (qan təzyiqini) və temperaturu ölçün, təklif olunan təlimata uyğun nəbzi sayın. İlk yazılan pasient imkan daxilində boyu və çəkini ölçsün. Ziyarətin əvvəlində bunlar haqqında məlumat verin. Alətin ekranında görünən nəticələrin şəklini göndərmək olar.
6. Ünsiyyət. Pasient yalnız həkimin suallarını cavablandırmalıdır. Qısa və verilən suala uyğun danışmalıdır. Cavab verməyə yalnız həkim sualını və izahatını bitirdikdən və “danışın” dedikdən sonra başlamalıdır. Həkim davam edə bilməsi üçün pasient də cavabın sonunda “danışın” deməlidir. Həkimin müayinəsi bitdikdən sonra pasientə sual vermək və ya lazımli hesab etdiyi barədə danışmaq təklif olunur.
7. Əlavə olaraq bədənin bu və ya digər hissəsinin, adətən, boynun ön hissəsinin düz,sağ və sol proyeksiyalarda müayinəsi lazım ola bilər . Həkimin istəyinə əsasən belə foto görüntünü etməyə hazır olun. Şəkli göndərərkən, məsələn, sağ və ya sol tərəfi barmağınızla göstərərək işarələyin, eyni zamanda şəklin üzərindəki sağ və ya sol başlığı göstərin. Bu telefonun ön kamerası ilə və ya güzgü istifadə edərək şəkil çəkəndə yaranan qarışıqlığın qarşısını alır.
8. Həmçinin, yuxarıdakı proyeksiyalardan birində udqunma hərəkətlərinin videosunu çəkmək lazım ola bilər. Əvvəlcədən necə çəkmək və WhatsApp vasitəsilə göndərmək lazım olduğunu öyrənin.
9.Görüşün nəticəsi şifahi və ya yazılı xülasə şəklində, əgər ehtiyac olarsa əlavə müayinəyə göndəriş və ya elektron resept ilə birgə veriləcək.
10. Ödəniş. Həkim ziyarətindən sonra pasientə tibbi konsultasiyanın elektron ödənişi barədə bildiriş göndəriləcək.